Broşur sifariş etmək
Test-drayva yazıl
Texniki qulluq üçün qeydiyyatdan keçin
Diler ilə əlaqə
Müştəriyə dəstək

Toyota C-HR

Həyat tərzinizi yeniləyin

-dən başlayaraq 49500 AZN

Standartlardan kənara çıxın

Adiliklərlə dolu dünyada fərqlənin, ənənələri darmadağın edin və qeyri-adiliyin dəyərinə inanın. Toyota C-HR avtomobilinin kəskin xətlərə malik dizaynı dinamizmdən xəbər verir, onun böyük gücü və qarşısı alınmaz imkanları yolsuzluq avtomobillərinin güzəştsiz performansının göstəricisidir. Yeni Toyota C-HR avtomobili ilə həyatın macəralarından zövq alın.

Yol sizindir

Toyota C-HR biçimli, kəskin xətlərə malik xarici dizaynı ilə qüsursuz siluetə malikdir. Geniş daxili hissəsi və proqressiv üslubu Toyota C-HR avtomobilinə dinamik görünüş qazandırır və mükəmməl işləmələri diqqəti cəlb etməklə yanaşı, ona qeyri-ənənəvi görkəm bəxş edir.

  • Şəhəri oyadın

    Yeni dizayn edilmiş ön hissədən yeni arxa işıqlara qədər C-HR fərdi və mükəmməl olduğu qədər də zövqlüdür. Bu, adiliyi aradan qaldırmaq üçün dizayn edilmiş müasir kupedir. Onun kəskin xətlərə malik xarici dizaynının hər bir konturunu kəşf edin, hər bir detalını nəzərdən keçirin. Narazı qalmayacaqsınız.

  • Andan həzz alın

    Yeni Toyota C-HR sizin dizayn və musiqi zövqünüzü oxşamaq üçün dizayn edilib. Hər bir konturunuzu əhatə edən oturacaqlar, premium toxunuş qazandıran almaz işləmələr və haraya getməyinizdən asılı olmayaraq, musiqidən zövq almağınıza imkan verən JBL audio sisteminə malik bu avtomobil həzz hissi bəxş etmək üçün hazırlanmış yolsuzluq avtomobilidir.

  • Yolu fəth edin

    Hibrid təcrübəsinin yeni səviyyəsi ilə tanış olun. Bu, ani güc, rahat sürət yığma və yüksək səmərəliliklə ənənələri alt-üst edən Hibriddir. Toyota C-HR idarəetməyə nəzarət etməklə hər bir yolu özünəməxsus tərzdə fəth edən şəhər yolsuzluq avtomobilidir.

Fərqli olun

Toyota C-HR eyni zamanda həm üslub, həm də mahiyyət deməkdir. O, axıcı və dinamik xarici dizaynı, unikal və premium daxili dizaynı, eləcə də 2,0 litrlik "Hybrid Dynamic Force" elektrik mühərriki ilə möhtəşəm avtomobil obrazına tam uyğundur. O, daxildən və xaricdən əsl şəhər üçün nəzərdə tutulmuş yolsuzluq avtomobilidir.

Yanacaq səmərəliliyi, aşağı emissiyalar və mükəmməl idarəetmə

Həyəcanverici performans

Yeni Toyota C-HR şəhər hərəkətliliyini təcəssüm etdirir. Alçaq, geniş daxili hissəsi döngələrdə stabil qalmağınıza kömək edir, ani sürətləndirmə imkanı küləklə yarışmağınıza şərait yaradır və yeni səviyyəli Hibrid aşağı emissiya əraziləri üçün olduqca əhəmiyyətlidir.

İstifadəsi asan ağıllı texnologiyalar

Hisslərinizə etibar edin

Salonun üzlükləri parlaq qara detallarla işlənmiş yumşaq səthlərdir, gün batdıqca əhval-ruhiyyəniz dəyişir və gözü yormayan yumşaq mavi işığa bürünürsünüz. Rahatlıq heç vaxt bu qədər gözəl görünməyib.

Hər zaman ürək rahatlığı

Sizin işiniz yaşamaqdır, təhlükəsizlik isə bizim işimizdir.

Toyota C-HR avtomobilinin mövcud ən mürəkkəb təhlükəsizlik texnologiyaları ilə təchiz edildiyini bilməyiniz sizdə təhlükəsizlikdə olduğunuza əminlik hissi yaradacaq. Odur ki, sizin fikrinizi həyatınıza cəmləyərkən Toyota C-HR təhlükəsizliyinizi təmin edəcək.


Siz hansı Toyota C-HR modelini seçirsiniz?

Sizin "cookie" tənzimləməriniz

Toyota veb-saytları "cookie"-lərdən sizi daha təhlükəsiz təcrübə ilə təmin etmək, saytın ümumilikdə funksionallığını artırmaq və məzmunu fərdiləşdirmək məqsədilə istifadə edir.

"Cookie" siyasətimizi qəbul etməklə, məlumatlarınızın Toyota veb-saytından toplanması üçün bizə icazə verirsiniz. Daha ətraflı öyrənin və ya tərcihlərinizi dəyişmək üçün irəli davam edin "Cookie" tənzimləmələri Səhifəsi.

OK