Broşur sifariş etmək
Test-drayva yazıl
Texniki qulluq üçün qeydiyyatdan keçin
Diler ilə əlaqə
Müştəriyə dəstək
Toyota Xəyallarımdakı Avtomobil beynəlxalq rəsm müsabiqəsi

Toyota Xəyallarımdakı Avtomobil beynəlxalq rəsm müsabiqəsi

Toyota şirkəti 15-ci “Toyota Xəyallarımdakı Avtomobil” beynəlxalq rəsm müsabiqəsini elan edir.

15 yaşa qədər hər bir uşaq müsabiqədə iştirak edə bilər.
Yaş kateqoriyası:
✔️1-ci kateqoriya 1-7 yaş;
✔️2-ci kateqoriya 8-11 yaş;
✔️3-cü kateqoriya 12-15 yaş.

🖌Uşaqlar nə çəkməlidirlər:
Dünyanı gözəlləşdirən, insanlara xeyir verən, ekoloji təmiz, fantastik, xəyal etdiyi və hamının xoşbəxt olacağı gələcəyin “Toyota” dünyası
📌Rəsmlər karandaş, yağlı karandaş(pastel),flomaster, boya, yağlı boya, akvarel ilə A3 formatlı kağızda çəkilməlidir.

“Toyota Xəyallarımdakı Avtomobil” (Toyota Dream Car Art Contest) müsabiqəsi iki mərhələdə keçirilir.
Birinci mərhələ Azərbaycanda, ikinci - beynəxalq müsabiqə Yaponiyada keçiriləcək.
Milli turda qalib gələn 9 rəsm Yaponiyadakı müsabiqədə iştirak edəcək.
Milli müsabiqənin 9 qalibi “Toyota Abşeron Mərkəzi” tərəfindən beynəlxalq sertifikat və hədiyyə ilə mükafatlandırılacaq. Müsabiqənin dünya üzrə qalibi isə “Toyota” tərəfindən pul mükafatı və serifikat ilə təltif ediləcək.

Bütün məktəbləri, rəsm qalerayalarını və dərnəkləri müsabiqəyə dəvət edirik!
❗️Rəsmlər 15 Noyabr 2021-ci il tarixindən 31 yanvar 2022 tarixinədək Toyota Abşeron Mərkəzində qəbul edilir.
Ünvan: Bakı-Sumqayıt şossesi, 6-cı km.

Muraciət formasını buradan yükləyə bilərsiniz: YÜKLƏ Toyota Saytda xəbər
Sizin "cookie" tənzimləməriniz

Toyota veb-saytları "cookie"-lərdən sizi daha təhlükəsiz təcrübə ilə təmin etmək, saytın ümumilikdə funksionallığını artırmaq və məzmunu fərdiləşdirmək məqsədilə istifadə edir.

"Cookie" siyasətimizi qəbul etməklə, məlumatlarınızın Toyota veb-saytından toplanması üçün bizə icazə verirsiniz. Daha ətraflı öyrənin və ya tərcihlərinizi dəyişmək üçün irəli davam edin "Cookie" tənzimləmələri Səhifəsi.

OK