Broşur sifariş etmək
Test-drayva yazıl
Texniki qulluq üçün qeydiyyatdan keçin
Diler ilə əlaqə
Müştəriyə dəstək
Servis xidmətinə vaxtında getmək, potensial problemlərin
qarşısını necə alır?

Servis xidmətinə vaxtında getmək, potensial problemlərin qarşısını necə alır?

  1. Mühərrik yağının dəyişməsini gecikdirməmək mühərrikdə ciddi nasazlığın qarşısını alır
    Problem: Mühərrik yağı vaxtında dəyişdirilmədikdə, yağ öz keyfiyyətini itirir və hissələrin sürtünməsinə səbəb olur.
    Nəticə: Bu, mühərrikin həddindən artıq qızmasına və ya hətta tamamilə sıradan çıxmasına gətirib çıxara bilər.
    Həll: Toyota Abşeron Mərkəzinin servisində vaxtında yağ dəyişməklə mühərrikin ömrünü uzadın və böyük təmir xərclərindən yayın.

  2. Sürətlər qutusunun müntəzəm yoxlanılması, yüksək təmir xərclərinin qarşısını alır.
    Problem: Sürətlər qutusunda yağ vaxtında dəyişdirilmədikdə, daxili hissələr arasında sürtünmə artır, bu da aşınmaya və zədələnməyə səbəb olur.
    Nəticə: Sürətlər qutusunun tamamilə dəyişdirilməsi kimi yüksək xərc tələb edən problemlər yarana bilər.
    Həll: Toyota Abşeron Mərkəzinin servisində müntəzəm sürətlər qutusu yoxlanışı və yağ dəyişimi ilə sistemin ömrünü uzadın və təmir xərclərindən yayın.

  3. Avtomobilin hərəkətli hissələrinin ümumi yoxlanılması, gözlənilməz nasazlıqların qarşısını alır.
    Problem: Sükan sistemi, asqı və təkərlər, həmçinin aks sürət qutusu və digər hərəkətli hissələr vaxtında yoxlanılmadıqda, sistemlərdə sürtünmə, vibrasiya və balanssızlıq yaranır.
    Nəticə: Gözlənilməz nasazlıqlar və daha yüksək təmir xərcləri.
    Həll: Toyota Abşeron Mərkəzinin servisində hərəkətli hissələrin ümumi yoxlanışı ilə avtomobilinizin davamlılığını və təhlükəsizliyini təmin edin.

  4. Əyləc sistemi yoxlanıldıqda, qəzaya səbəb ola biləcək vəziyyətlərin qarşısını alır.
    Problem: Əyləc yastıqları vaxtında dəyişdirilmədikdə, onların aşınması əyləc disklərinə zərər verir. Bu da əyləcin effektivliyini azaldır.
    Nəticə: Avtomobilin dayandırılması daha çətin olur, bu isə qəza riskini artırır.
    Həll: Toyota Abşeron Mərkəzinin servisində müntəzəm əyləc yoxlanışı ilə təhlükəsizliyinizi təmin edin.

  5. Hava filtrlərinin çirklənməməsi, yanacaq sərfiyyatının artmasının qarşısını alır.
    Problem: Çirkli hava filtri mühərrikə lazımi miqdarda oksigenin daxil olmasına mane olur və yanma prosesini səmərəsiz edir.
    Nəticə: Yanacaq sərfiyyatı artır və mühərrikin performansı azalır.
    Həll: Toyota Abşeron Mərkəzinin servisində hava filtrlərini vaxtında dəyişməklə yanacaq sərfiyyatını minimuma endirin.

  6. Təkərlərin balanslaşdırılması, asqı və sükan problemlərin qarşısını alır.
    Problem: Təkərlərin balansı pozulduqda və ya nasazlıq yarananda, avtomobil qeyri-stabil idarə olunur və asqı sisteminə əlavə yük düşür.
    Nəticə: Bu, sükan sisteminin sıradan çıxmasına və təkərlərin qeyri-bərabər aşınmasına səbəb ola bilər.
    Həll: Toyota Abşeron Mərkəzinin servisində təkərlərin balansını yoxlatmaqla həm idarəetməni yaxşılaşdırın, həm də təkərlərin ömrünü uzadın.

  7. Elektrik sistemi yoxlanıldıqda, avtomobilin tam işləməməsinin qarşısı alınır.
    Problem: Akumulyator və ya digər elektrik komponentləri vaxtında yoxlanılmadıqda, avtomobilin işə düşməməsi kimi ciddi problemlər yarana bilər.
    Nəticə: Gözlənilməz vəziyyətlərdə avtomobilinizi istifadə edə bilməmək.
    Həll: Toyota Abşeron Mərkəzini servisində elektrik sisteminin yoxlanması ilə gözlənilməz problemlərin qarşısını alın.

  8. Hibrid sistemin müntəzəm müəyinəsi, enerji səmərəliliyinin azalmasının qarşısını alır.
    Problem: Hibrid sisteminin batareyası, invertoru və elektrik mühərriki düzgün işləmədikdə, enerji səmərəliliyi azalır və yanacaq sərfiyyatı artır.
    Nəticə: Sistemin tamamilə sıradan çıxması və ya qəfil nasazlıq riski artır.
    Həll: Hibrid avtomobillər üçün xüsusi təlim keçmiş Toyota Abşeron Mərkəzinin mütəxəssisləri tərəfindən müntəzəm yoxlama ilə hibrid sistemin effektivliyini qoruyun.

  9. Kondisioner sisteminin fəsilli qulluq olunması, sistemin sıradan çıxmasının qarşısını alır.
    Problem: Kondisioner qazı tükəndikdə və ya sistem çirkləndikdə, soyutma effekti zəifləyir və kompressor zərər görə bilər.
    Nəticə: Yay aylarında sərinlikdən məhrum olmaq və kompressorun bahalı təmiri.
    Həll: Toyota Abşeron Mərkəzin servisində müntəzəm olaraq kondisioner sistemini yoxlatmaqla sistemin effektivliyini və ömrünü qoruyun.

Avtomobilinizin dövri texniki qulluğunu Toyota Abşeron Mərkəzinin peşəkar ustalarına və yüksək keyfiyyətli orijinal ehtiyat hissələrinə həvalə edin!


📍 Əlaqə: 012 349 00 60
🌐 Veb sayt: https://toyota-absheron.az

Sizin "cookie" tənzimləməriniz

Toyota veb-saytları "cookie"-lərdən sizi daha təhlükəsiz təcrübə ilə təmin etmək, saytın ümumilikdə funksionallığını artırmaq və məzmunu fərdiləşdirmək məqsədilə istifadə edir.

"Cookie" siyasətimizi qəbul etməklə, məlumatlarınızın Toyota veb-saytından toplanması üçün bizə icazə verirsiniz. Daha ətraflı öyrənin və ya tərcihlərinizi dəyişmək üçün irəli davam edin "Cookie" tənzimləmələri Səhifəsi.

OK
Salam, Mən Toyota Abşeronun servis botuyam! Avtomobilinizin dövri xidməti ilə bağlı suallarınızı məndən soruşa bilərsiniz.
WhatsApp