Toyota laboratoriyasında ehtiyat hissəsi yoxlanışı

Toyota · Saxta Ehtiyat Hissələri

Saxta ehtiyat hissələri riskə dəyməz

Saxta ehtiyat hissələri eyni görünə və eyni şəkildə uyğun gələ bilər, lakin aşağı keyfiyyətli materiallar səbəbilə gözlənilən performans təminatını verə bilmir. Toyota sizin avtomobilinizin təhlükəsizliyi və ən yaxşı performansına önəm verdiyi üçün hər zaman Toyota dilerinizin təqdim etdiyi orijinal Toyota ehtiyat hissələrindən istifadə etməyi sizə tövsiyə edirik.

Risk və təhlükələr

Saxta ehtiyat hissələri həm təhlükəsizlik, həm də maliyyə baxımından zərərlidir. Toyota öz şəbəkəsi daxilində, habelə öz müştəriləri ilə və sərhəd nəzarəti vasitəsilə Toyota adından istifadə edən saxta məhsulların bazardan çıxarılmasına yardım etmək istiqamətində inamla çalışır.

Təhlükəsizlik riski

İstehlakçılar üçün təhlükəsizlik riski

  • Saxta ehtiyat hissələri Toyota orijinal məhsullarında olduğu kimi eyni dərəcədə yüksək keyfiyyətli materiallardan hazırlanmadığından və eyni ciddi keyfiyyət standartları ilə tənzimlənmədiyindən, sürücü və sərnişinlər üçün sağlamlıq risklərinə gətirib çıxarır.
  • Orijinal olmayan hissələr daha tez aşınır, o cümlədən sıradan çıxmalara və qəzalara səbəb olur.
Maliyyə riski

İstehlakçılar üçün maliyyə riski

  • Avtomobilin düzgün işləməsi üçün ən önəmli hesab olunan saxta hissələr (mufta diskləri, əyləc bəndləri, yağ filtrləri) avtomobilə ziyan vura və yüksək xərc tələb edən təmirə səbəb ola bilər.
  • Saxta ehtiyat hissələrindən istifadə avtomobilinizin istehsalçısının təqdim etdiyi zəmanətin itməsi ilə nəticələnə bilər.

Toyota keyfiyyət standartları

Bütün Toyota orijinal məhsulları geniş araşdırma və dəqiq sınaq prosedurlarının nəticəsidir. Hər bir məhsul Toyotanın yüksək keyfiyyət, etibarlılıq və performans standartlarına dəqiqliklə cavab verməsini təmin etmək məqsədilə ətraflı müayinədən keçirilir. Yalnız bu ciddi qiymətləndirmələrdən keçən məhsullar istehlakçıya ötürülür.

Toyotanızı ən yüksək performansda saxlamaq və təhlükəsizliyinizi təmin etməyin ən yaxşı yolu təmir və texniki qulluq üçün hər zaman Toyota Səlahiyyətli Təmirçilərindən Toyota orijinal ehtiyat hissələrini seçməkdir.

Saxta və ya Orijinal Toyota Ehtiyat Hissələri

Yağ Filtrləri
Saxta yağ filtri

✕ Saxta

Çox zaman ikinci klapan olmur və tıxandığı halda mühərrikə ümumiyyətlə yağ getmir ki, bu da onun tutulmasına və təmirinin baha başa gəlməsinə gətirib çıxarır.

Saxta yağ filtri daha çox tıxanmaq ehtimalı olan aşağı keyfiyyətli filtr kağızına malikdir. Bu isə yağın düzgün şəkildə təmizlənməməsi ilə nəticələnir.

"O" şəkilli halqa mühərrikə yağ sızmasına şərait yaradan (yanğın riski) daha ucuz materialdan hazırlanır.

Orijinal yağ filtri

✓ Orijinal

Toyota orijinal yağ filtri yüksək keyfiyyətli materiallardan hazırlanaraq dəqiqliklə sınaqdan keçirilmişdir.

Filtr materialı geniş səth sahəsinə malikdir və iş üçün xüsusilə dizayn və istehsal edilmiş komponentlərlə yerində sabit saxlanılır.

Əyləc Bəndləri
Saxta əyləc bəndi

✕ Saxta

Saxta əyləc bəndləri aşağı keyfiyyəti açıq sezilən materiallardan istifadə olunmaqla hazırlanmışdır ki, bu da əsas performans səviyyələrinə çatmağa kifayət etməyən əyləc qüvvəsi verir.

Material orijinal Toyota əyləc bəndlərində olduğu kimi istiliyə davamlı olmadığından, yanmağa meylli olur. Digər problemlərə isə vaxtından əvvəl aşınma və əyləc disklərində oyuqların yaranmasıdır.

Orijinal əyləc bəndi

✓ Orijinal

Əyləc bəndləri avtomobilinizin təhlükəsizliyinə təsir göstərən ən mühüm hissə olduğundan, Toyota mütəmadi olaraq onun üzərində sınaqlar aparır.

Araşdırmalarımız göstərir ki, Toyota orijinal əyləc bəndləri ilə normal dayanma məsafəsi saxta versiyalarda olduğundan 30% qısadır.

Hava Filtrləri
Saxta hava filtri

✕ Saxta

Saxta hava filtrləri yalnız bir filtr materialına malik olduğundan, Toyota orijinal hava filtri ilə müqayisədə yarım dəfə tez tıxanır.

Sınaqlara əsasən, saxta hava filtrləri orijinallardan daha az toz tutur — bu o deməkdir ki, mühərrikə 10 dəfə daha çox toz hissəcikləri buraxır.

Orijinal hava filtri

✓ Orijinal

Orijinal Toyota hava filtri onun istismar müddətini uzadan və mühərrikin iş qabiliyyətini maksimallaşdıran 3 qat filtr materialına malikdir.

Ölçüləri dəqiq olmaqla yanaşı, mühərrikə zərər vuran toz hissəciklərini buraxacaq boşluğu yoxdur.

Hava Yastıqları

Hava yastıqlarının endirimlə və hərrac saytları vasitəsilə satışının getdikcə artdığı dövrdə xüsusi diqqət yetirilməlidir ki, hava yastıqlarının hər hansı əvəzlənməsi ən çox ehtiyac duyulan zaman işlək halda olmasına zəmanət verilməsi üçün Toyotanın səlahiyyətli təmirçiləri tərəfindən quraşdırılsın.

Saxta hava yastığı

✕ Saxta

Sınaqlar göstərir ki, saxta hava yastıqları qəza zamanı gec açıla və ya heç açılmaya bilər, yaxud da ehtiyac olmadan açılaraq özləri qəzaya səbəb ola bilər.

Saxta hava yastığının əlamətlərinə adətən aşağı qiymət, fərqli rəng və ya üzlük aiddir.

Orijinal hava yastığı

✓ Orijinal

Komponentlərin keyfiyyəti hava yastıqlarının düzgün açılması üçün həyati əhəmiyyət daşıyır. Toyota orijinal hava yastıqları toqquşma zamanı 1/4 saniyəyə reaksiya verir.

Ayaqaltılar

Təmir və texniki qulluq məsələlərinə əlavə olaraq, Toyota orijinal aksesuarları da qeyri-qanuni olaraq kopyalanır və bazarda satılır. Onlar Toyota orijinal məhsullarında olduğu kimi eyni yüksək standartlarla hazırlanmır və bu baxımdan da təhlükəsizlik riskləri daşıyır.

Saxta parça ayaqaltı

✕ Saxta

Orijinal parça ayaqaltı

✓ Orijinal

Saxta rezin ayaqaltı

✕ Saxta

Saxta ayaqaltılar sizin avtomobilinizə mükəmməl şəkildə uyğun gəlmir və bu baxımdan pedalların altına sürüşərək əyləci sıxmağınızı əngəlləyə bilər.

Orijinal rezin ayaqaltı

✓ Orijinal

Toyota orijinal ayaqaltıları hər bir modelə mükəmməl şəkildə uyğun formada xüsusilə dizayn edilir və olduğu yerdən sürüşməməsi üçün hazırlanmışdır.

Alışdırma Şamları
Saxta alışdırma şamı

✕ Saxta

Sınaqlar göstərir ki, saxta alışdırma şamları çox zaman üzərində göstərilən istiliyə davam gətirmir, ən pis halda isə elektrod əriyir və bu mühərrikin zədələnməsinə gətirib çıxarır.

Mis elektrod olmadan istilik müqaviməti çox aşağıdır — gərginlik sızması, mühərrikin yanmaması və aşağı mühərrik gücü kimi hallara səbəb olur.

Orijinal alışdırma şamı

✓ Orijinal

Toyota orijinal alışdırma şamları örtüyün üzərində göstərilən istilik spesifikasiyalarına cavab verə bilir.

Mərkəzi elektrod səmərəli istilik konduksiyası üçün misdən hazırlanmışdır.

Nə üçün Toyota orijinal ehtiyat hissələrini almalı?

Sertifikatlaşdırılmış və sizin Toyotanızın zəmanətini saxlayan yüksək keyfiyyətli məhsullar.

Ehtiyat hissələrinin Toyota spesifikasiyalarına uyğun hazırlandığı və mükəmməl qaydada uyğun gəlməsinə 100% zəmanət verilir.

Yalnız Toyota orijinal ehtiyat hissələrindən istifadə etməyin sayəsində Toyotanızın yüksək təkrar satış dəyəri.

Ehtiyat hissəsinin orijinallığından əminsiniz?

Mütəxəssislərimiz ehtiyat hissələrinizin yoxlanılmasında və seçilməsində kömək edəcək.