Broşur sifariş etmək
Test-drayva yazıl
Texniki qulluq üçün qeydiyyatdan keçin
Diler ilə əlaqə
Müştəriyə dəstək
Toyota Camry Consumer Reportsun ekspertlərinin ən yüksək mükafatına layiq görülüb

Toyota Camry Consumer Reportsun ekspertlərinin ən yüksək mükafatına layiq görülüb

Nüfuzlu Amerika nəşri – Consumer Reports Toyota Camryni ilin ən yaxşı avtomobili adlandırılıb. 100 mümkün xaldan 84 nəticə ilə Toyota Camry müxtəlif siniflərdən 10 qalib arasında ən yüksək reytinqə nail olub. Consumer Reportsun ekspertləri bütün dünyada tanınan biznes-sedanın nəzərə çarpan etibarlılığını, geniş salonunu, qüsursuz erqonomikasını və misilsiz komfort səviyyəsini xüsusilə qiymətləndirib.

Consumer Reportsun “Ən yaxşı seçim” mükafatı biznes-sinfə aid Toyota Camry etalon sedanın ən yüksək səviyyəli keyfiyyətini və istehlakçı xarakteristikalarını yenidən təsdiq edib. Amerikanın Consumer Reports jurnalı – dünya üzrə istehlakçı testləri üzərində ixtisaslaşan ən nüfuzlu nəşr – Toyota Camryni “orta ölçülü sedanlar” (biznes-sinif sedanın Amerika analoqu) kateqoriyasında “Ən yaxşı seçim” (Top Pick) adına layiq görüb.

Consumer Reportsun 2016-cı ilin may ayında dərc olunmuş reytinqinin nəticələrinə görə, Toyota Camry “orta ölçülü sedanlar” sinfində an yaxşı avtomobil kimi tanınıb. Bununla yanaşı 84 bal digər siniflərdə bu ilin bütün qalibləri arasında ən yaxşı nəticə olmuşdur. Consumer Reportsun ekspertləri qeyd edir ki: “Əla səs izolyasiyası, qüsursuz güc aqreqatları, hərəkətin yüksək rəvanlığı və aydın idarəetmə – Toyota Camrynin fərqləndirici əlamətləridir.

Bundan əlavə, Camry ilbəil etibarlılıq reytinqində heyranedici nəticələr nümayiş etdirir, bu da kraş-testlərə görə yüksək qiymətlərlə birlikdə bu avtomobili demək olar ki, ideal sedana və bu ilin layiqli qalibinə çevirir”.

Budəfəki mükafat – Toyota Camrynin ən yüksək etibarlılığının və qüsursuz keyfiyyətinin növbəti təsdiqidir. Bu uğurlu biznes-sinif sedanı bütün dünya üzrə onlarla mükafata layiq görülüb.

Sizin "cookie" tənzimləməriniz

Toyota veb-saytları "cookie"-lərdən sizi daha təhlükəsiz təcrübə ilə təmin etmək, saytın ümumilikdə funksionallığını artırmaq və məzmunu fərdiləşdirmək məqsədilə istifadə edir.

"Cookie" siyasətimizi qəbul etməklə, məlumatlarınızın Toyota veb-saytından toplanması üçün bizə icazə verirsiniz. Daha ətraflı öyrənin və ya tərcihlərinizi dəyişmək üçün irəli davam edin "Cookie" tənzimləmələri Səhifəsi.

OK