Broşur sifariş etmək
Test-drayva yazıl
Texniki qulluq üçün qeydiyyatdan keçin
Diler ilə əlaqə
Müştəriyə dəstək
Toyota Abşeron Mərkəzi fəaliyyətə başladı

Toyota Abşeron Mərkəzi fəaliyyətə başladı


Bakıda Toyota yeni rəsmi diler


İyunun 24-də Bakıda yeni rəsmi Toyota dilerinin açılış tədbiri baş tutub. Məşhur yapon markasının həvəskarlarının tez-tez ziyarət edəcəyi bu yeni məkan Toyota Abşeron Mərkəzi adlanır.

Marağa səbəb olan açılış həm yerli, həm də xarici qonaqların iştirakı ilə keçib. Mərkəzin direktoru Cəmil Məmmədov tədbirin ilk çıxışını edərək qonaqları salamlayıb və yeni rəsmi diler haqqında qısa məlumat verib. Daha sonra Toyota Caucasus-un rəhbəri Mitsuro Konişiyə və Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşiyə söz verilib. Çıxışlar tamamlandıqdan sonra isə Toyota Caucasus və Toyota Abşeron Mərkəzi arasında dilerlik müqaviləsi imzalanıb.
Tədbirin rəsmi hissəsi bitdikdə qonaqlar yeni salon və servis mərkəzi ilə tanışlıq imkanı əldə ediblər. Qafqazda yalnız Toyota Abşeron Mərkəzində olan Toyota-nın GOLD konsepsiyasında hazırlanmış salon xüsusi diqqət çəkib. Belə ki, tamamilə şəffaf konsepsiya ziyarətçilərin ustaların işini izləməsinə və bütün prosesləri öz gözləri ilə görməsinə şərait yaradır. Qeyd edək ki, sərgi salonunun və servis hissəsinin ümumi sahəsi 1000 m2-dir. Burada həm yeni Toyota avtomobillərinin satışı həyata keçiriləcək, həm zəmanət üzrə servis, həm də avtomobillərin ümumi təmiri xidməti göstəriləcək. Həmçinin, Toyota Abşeron Mərkəzi müştərilərin qarşısına təlimlərdən keçmiş peşəkar ustaları və böyük ehtiyat hissələri bazası ilə çıxır.
Yeni rəsmi Toyota dileri müştərilərin rahatlığı üçün komfortlu istirahət zonası ilə təmin edilib. Üstəlik şəhərin yeni istiqamətində yerləşməsi Toyota servisini bir çoxlarına daha yaxın edərək işlərini asanlaşdıracaq.


Toyota Abşeron Mərkəzi
Tel.: +994 12 349 00 60 / *0110
Email:
Web: www.toyota-absheron.az













Sizin "cookie" tənzimləməriniz

Toyota veb-saytları "cookie"-lərdən sizi daha təhlükəsiz təcrübə ilə təmin etmək, saytın ümumilikdə funksionallığını artırmaq və məzmunu fərdiləşdirmək məqsədilə istifadə edir.

"Cookie" siyasətimizi qəbul etməklə, məlumatlarınızın Toyota veb-saytından toplanması üçün bizə icazə verirsiniz. Daha ətraflı öyrənin və ya tərcihlərinizi dəyişmək üçün irəli davam edin "Cookie" tənzimləmələri Səhifəsi.

OK