Toyota Trade-in
Trade-in və Toyota ikinci əl avtomobilləri
Təklif etdiyimiz ikinci əl avtomobillər tam saz vəziyyətdə və servis tarixçəsi ilə təqdim olunur. Avtomobilləri həm nağd, həm də kredit yolu ilə əldə etmək mümkündür.
Trade-in nədir?
Trade-in ikitərəfli mübadilə sistemidir. Bu proses sizin yürüşü olan avtomobilinizi qəbul edərək bizdən alınan yeni avtomobilin hesabına həyata keçirilir.
Bu necə olur?
İlk öncə sizdən təhvil alınan avtomobilin qiyməti barədə qarşılıqlı razılıq əldə edilir. Daha sonra siz köhnə avtomobilinizin açarlarını bizə təhvil verirsiniz və yeni avtomobilinizi təhvil alırsınız. Bütün proses boyunca sizinlə fərdi menecer işləyəcək və bu da sizə individual yanaşma və maksimum rahatlıq təmin edəcək.
Trade-in ilə qəbul olunan avtomobillərə hansı tələblər var?
Biz istənilən markaya məxsus, işlək vəziyyətdə olan, ciddi yol-nəqliyyat hadisələrində zədələnməmiş, qaçırılmamış və axtarışda olmayan avtomobilləri qəbul edirik.
Trade-in sistemi ilə ikinci əl avtomobil almaq mümkündürmü?
Bəli, mümkündür. İkinci əl avtomobilləri də Trade-in sisteminin bütün şərtləri əsasında əldə edə bilərsiniz.
İkinci əl avtomobillər yoxlamadan keçirmi?
Bəli. Təklif etdiyimiz bütün ikinci əl avtomobillər hərtərəfli texniki yoxlamadan keçərək sizə tam saz və işlək vəziyyətdə təqdim olunur. Bundan əlavə, servisimizdə baxış keçirilən avtomobillərin servis tarixçəsini də əldə edə bilərsiniz. Bu isə sizi mümkün xoşagəlməz hallardan qorumağa kömək edir.