Sizə lazım olan anda güclü reaksiya
Toyota Hibrid sizə lazım olan reaksiyanı vermək üçün iki enerji mənbəyi – benzin mühərriki və elektrik motoru arasında çevik keçidlər edir. Hibrid avtomobilin elektrik motoru siz akseleratoru basdıqda fırlatma momentinin (və ya dartma qüvvəsinin) dərhal güclənməsini təmin edir, daha yüksək sürətlərdə, yaxud şosedə ötmə zamanı isə gücün artması üçün benzin mühərriki ilə birlikdə işləyir.
Yeni RAV4 avtomobilində 2,5 litrlik hibrid mühərrikin təqdim edilməsindən sonra Toyota Hibrid avtomobilləri daha həssas reaksiya və gücə malikdir. Belə deyək, yeni RAV4 Hibrid sakit vəziyyətdən 100 km/saat sürətə sadəcə 8,1 saniyə çatır və onun Hibrid sistemi 1 650 kq-a qədər yükü dartma gücünə malikdir.