Azərbaycanda “Toyota Xəyallarımdakı Avtomobil” adlı beynəlxalq uşaq müsabiqəsinin qalibləri açıqlandı.


Ölkəmizdə keçirilən Beynəlxalq “TOYOTA XƏYALLARIMDAKI AVTOMOBİL” müsabiqəsi Noyabrın 1-dən start götürüb.Yaradıcılıq müsabiqəsinin ilkin mərhələsində ölkənin  istənilən nöqtəsindən, yaşı 15- ə qədər olan bütün uşaqlar xəyallarında təsəvvür etdikləri gələcəyin avtomobil konseptini çəkib bizə göndərdilər. Bir ay ərzində 100-ə yaxın rəsm qəbul edildi. İlkin mərhələdə Rəssam Vüqar Muradov və Psixoloq Şərafət Şirinli tərəfindən 55 rəsm əsəri seçildi. Daha sonra münsiflər heyəti tərəfindən hər yaş qrupundan 3 nəfər, ümumilikdə isə 9 nəfər qalib seçildi.

Seçilən 55 rəsm müəllifi valideynləri ilə birlikdə 22 Dekabr Toyota Abşeron Mərkəzində keçirilən final tədbirində iştirak etdilər. Uşaqlar üçün təşkil edilən əyləncəli tədbirdə bir-birindən maraqlı oyunlar, rəqslər və Tesla şou göstərildi. İştirakçıların hər birinə diplom və hədiyyələr verildi.

Qalib müəlliflərə gəldikdə isə onlar xüsusi hədiyyə və sertifikatlarla təltif olundular.

Qaliblərin siyahısını sizə təqdim edirik:


8 Yaşdan aşağı
I: Sevda Xəlilova
II: Məryəm Feyzullayeva
III: Mehdi İsmayılzadə


8-11 Yaş
I: Ayan İbrahimova
II: Ziba AydInova
III: Zemfira Əhmədxanova


12-15 Yaş
I: Nigar Rəhimova
II: Elmira Mahmudova
III: Nailə Əliyeva

Müsabiqənin ikinci mərhələsində hər üç yaş kateqoriyası üzrə birinci yer sahiblərinin rəsmləri dünyanın 80-dən çox ölkəsinin  iştirak etdiyi beynəlxalq yarışmaya göndəriləcək. Dünyanın bir çox ölkəsindən Yaponiyaya göndərilən rəsmlər içərisində ən bacarıqlı gənc istedad seçilərək təntənəli mükafatlandırmaya dəvət ediləcək.